ADA Universitetinin rektoru Hüquq fakültəsinin məzunlarına vəkil olmağı tövsiyə etdi


  • 13 İyun 2023 23:08

Bu gün ADA Universitetində “Məzun günü” keçirilib. Tədbirin qonaqları qismində Vəkillər Kollegiyasının sədri Anar Bağırov da iştirak edib.

E-huquq.az xəbər verir ki, sədr tədbir barədə təəssüratlarını bölüşüb.

O, bu il universitetin Hüquq fakültəsinin ilk məzunlarının təhsillərini başa vurduqlarını bildirib.

"Məzunlardan biri nümayiş olunan filmdə prokuror olmaq arzusunu bildirdi. Hörmətli rektor Hafiz Paşayev isə Hüquq fakültəsinin tələbələrinə prokuror yox, vəkil peşəsini seçməyi tövsiyə etdi. Mərasimdən dərhal sonra vəkil peşəsinə bu dərəcədə əhəmiyyət verən, əslində bu müdrik nəsihəti ilə vəkil adını göylərə ucaldan cənab rektora yaxınlaşaraq ölkəmizin vəkil korpusu adından dərin minnətdarlığımı bildirdim", - deyə A.Bağırov qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər