- 14 İyun 09:58
Vəkillər Kollegiyası tərəfindən 18 iyun – İnsan Hüquqları Günü münasibəti ilə Quba və Masallı rayonlarında vəkillər tərəfindən vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib.
E-huquq.az xəbər verir ki, aksiya zamanı Quba rayon Vəkil bürosu və Masallı rayon Vəkil Bürosu tərəfindən müraciət etmiş 24 vətəndaşa ödənişsiz hüquqi yardım göstərilib.
Onları maraqlandıran suallar cavablandırılıb, mülki, inzibati və sosial təminat qanunvericiliyinin müddəaları izah edilib, yazılı və şifahi məsləhətlər verilib, yazılı ərizələr tərtib olunub.
Qeyd edək ki, müraciətlərin böyük hissəsi torpaq, pensiya hüququ, sosial təminat, əmək, nikahın pozulması ilə bağlı hüquqi yardımın göstərilməsi olub.