Vəkillər üçün təlimlər keçirildi - FOTO


  • 23 İyun 2023 17:44

Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilib.

E-huquq.az xəbər verir ki, İyunun 13-də “İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış” mövzusu üzrə onlayn qaydada keçirilmiş təlimdə Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev, İyunun 16-da “Müsadirə-cinayət hüquqi tədbir kimi ” mövzusu üzrə əyani qaydada keçirilən təlimdə Vəkillər Kollegiyasının üzvü Anar Məmişov, İyunun 22-də “ Terrorçuluğun maliyyələşdirilməsi əməlinin tövsifi əsasları ” mövzusu üzrə onlayn qaydada keçirilən təlimdə Vəkillər Kollegiyasının üzvü Vüqar Babayev təlimçi qismində iştirak ediblər.

Ümumilikdə, təlimlərdə 51 nəfər vəkil iştirak edib.

Oxşar xəbərlər