Vəkillər Kollegiyası vəkilin qonşusunu döyməsi barədə xəbərə münasibət bildirdi


  • 3 İyul 2023 17:52

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakıda vəkilin qayınatasıyla birlikdə qonşusunu döyməsi haqqında məlumat yayılıb.

Vəkillər Kollegiyasından e-huquq.az-a bildirilib ki, yayılan məlumatda adıçəkilən Məharət Hüseynli adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyil.

Qeyd olunub ki, Kollegiyanın rəsmi veb-səhifəsində (www.barassociation.az) yerləşdirilmiş “fəaliyyət göstərən vəkillərin siyahısı” bölməsindən və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq şəxslərin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirə bilərlər.

"Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırır və sözügedən xəbəri dərc etmiş KİV-ləri məlumatı dəqiqləşdirib yenidən dərc etməyə dəvət edirik", - deyə Vəkillər Kollegiyası bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər