Anar Bağırov: "Son 2 ildə Vəkillər Kollegiyası tərəfindən Konstitusiya Məhkəməsində baxılan işlər üzrə 40-dan çox mütəxəssis rəyi verilib"


  • 4 İyul 2023 11:44

"Azərbaycan Vəkilliyi ilə Konstitusiya Məhkəməsi arasında çoxşaxəli, səmərəli əməkdaşlığa və qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövcuddur".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov iyulun 4-də Bakıda “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Sədr bildirib ki, bu əməkdaşlıq çərçivəsində son 2 ildə Kollegiya tərəfindən Konstitusiya Məhkəməsində baxılan işlər üzrə 40-dan çox mütəxəssis rəyi verilib. Bununla da Vəkillər Kollegiyası müstəqil peşə birliyi kimi Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinin formalaşmasına öz dəstəyini göstərir.

"Eyni zamanda qurumlarımız arasında mövcud olan əməkdaşlıq çərçivəsində Konstitusiya Məhkəməsinin hakimləri Vəkillərin İxtisas Komissiyasının işində, vəkillərin peşəyə hazırlıqvə ixtisasartırma kurslarında iştirak edirlər. Bundan başqa, gənc hüquqşünasların və hüquq tələbələrinin nəzəri və praktiki biliklərinin artırılması məqsədilə Vəkillər Kollegiyası ilə Konstitusiya Məhkəməsi arasındakı səmərəli əməkdaşlığı xüsusilə vurğulamaq istərdim. Belə ki, bu il ilk dəfə Kollegiyanın tam dəstəyi ilə ELSA Azərbaycan tərəfindən keçirilən VIII Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının Final Mərhələsi və Qış Hüquq Məktəbi çərçivəsində məhkəmə simulyasiyası Konstitusiya Məhkəməsində keçirilib. Sonda bir daha Konfransın işinə uğurlar arzulayır, hüquqtətbiqetmə təcrübəsinin istiqamətləndirilməsindəki böyük səylərinə, əməkdaşlığa, həmçinin belə gözəl tədbirin təşkilinə görə başda Fərhad müəllim olmaqla Konstitusiya Məhkəməsinin bütün heyətinə minnətdarlığımı bildirir, 25 illik yubileyiniz münasibətilə Sizi ölkəmizin Vəkil Korpusu adından təbrik edirəm", - deyə A.Bağırov qeyd edib.

Oxşar xəbərlər