Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin edildi


  • 6 İyul 2023 20:14

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Məhkəmə-Hüquq Şurasına Vəkillər Kollegiyasının vəkil nümayəndəsinin təyin olunması məsələsinə baxılıb və Rəyasət Heyəti üzvlərinin təklifinə əsasən Kollegiyanın sədri Anar Bağırov Şuraya vəkil üzv kimi təyin edilib.

Oxşar xəbərlər