- 14 İyun 09:58
İyulun 6-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda Kollegiya tərəfindən “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlər və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilib.
E-huquq.az xəbər verir ki, sonra Məhkəmə-Hüquq Şurasına Vəkillər Kollegiyasının vəkil nümayəndəsinin təyin olunması məsələsinə baxılıb və Rəyasət Heyəti üzvlərinin təklifinə əsasən Kollegiyanın sədri Anar Bağırov Şuraya vəkil üzv kimi təyin edilib.
Daha sonra gündəliyə uyğun olaraq Vəkillər Kollegiyasının Elektron Vəkil Komitəsinin Əsasnaməsinin təsdiqi ilə bağlı məsələ müzakirə olunmuş və Komitənin Əsasnaməsi qəbul edilib
İclasda vəkillərin başqa vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunma, yeni vəkil bürosunun təsisi və sairə məsələlərə baxılıb, müsbət qərarlar verilib.
Bundan başqa, iclas çərçivəsində vəkillər barəsində başlanılmış 22 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılmış, 3 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul olunub.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.