Naxçıvanda yeni vəkil bürosu fəaliyyətə başladı


  • 11 İyul 2023 11:53

Naxçıvan Muxtar Respublikasında Şərur Rayon Vəkil Bürosu fəaliyyətə başlayıb.

E-huquq.az xəbər verir ki, büronun açılış mərasimində Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavini Şahmar Məmmədov, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov, vəkillər və hüquqşunaslar iştirak ediblər.

Tədbir iştirakçıları büroda yaradılan şəraitlə tanış olublar. Anar Bağırov büronun vəkillərinə uğurlar arzulayıb.

Sonda xatirə fotosu çəkdirilib.

Oxşar xəbərlər