- 14 İyun 09:58
Naxçıvan Muxtar Respublikasında növbəti pulsuz hüquqi yardım aksiyası keçirilib.
E-huquq.az xəbər verir ki, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə keçirilən aksiya çərçivəsində vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib, onları maraqlandıran suallar cavablandırılıb, mülki, inzibati və sosial təminat qanunvericiliyinin müddəaları izah edilib. Müraciət edən şəxslərə yazılı və şifahi məsləhətlər verilib, yazılı ərizələr tərtib olunub.
Qeyd edək ki, hüquqi yardım aksiyası hər ayın 10-u keçirilir.