- 14 İyun 09:58
Xəbər verdiyimiz kimi, iyulun 10-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.
E-huquq.az xəbər verir ki, səfər çərçivəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavini Şahmar Məmmədov, aparat rəhbəri Bayram Orucov Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər.
Görüşdə vəkilliyin inkişafı, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
