Naxçıvan MR Ali Məhkəməsi ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq müzakirə olundu - FOTO


  • 12 İyul 2023 13:01

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi ilə görüşüb.

E-huquq.az xəbər verir ki, A.Bağırov S.Bəktaşini Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş çərçivəsində Ali Məhkəmə ilə Vəkillər Kollegiyası arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən, habelə məhkəmə-hüquq sisteminin inkişafı yolları, vəkillərin rastlaşdığı problemlər barəsində geniş fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər