Fazil Mustafa: "Vəkilliyə qəbul asanlaşdırılmalıdır"


  • 14 İyul 2023 11:12

“Ucqar rayonlarda, eləcə də Naxçıvanda vəkillərin sayı azdır. Mövcud qanunvericiliyə görə test mərhələsindən keçən vəkil namizədlər üçün 3 illik iş stajı tələbi qoyulub və bu, absurddur".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin növbədənkənar sessiyasının iyulun 14-də keçirilən iclasında deyib.

O bildirib ki, vəkilliyə qəbul asanlaşdırılmalıdır.

“Vəkillik prokurorluq, hüquq-mühafizə orqanı deyil. Onlara maksimum 1 il iş stajı vaxtı verilə bilər. Ona görə də qanunvericilikdə 3 illik müddəanın ləğvi lazımdır", - F.Mustafa qeyd edib.

Oxşar xəbərlər