Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin adları açıqlandı - SİYAHI
18 İyul 2023 16:14
Paylaş:
Vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə 23.05.2023-04.07.2023-cü il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, şifahi müsahibə mərhələsində 61 vəkilliyə namizəd iştirak edib.
İmtahanların nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 51 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb.
Keçirilməyə başlayacaq icbari təlimlə bağlı namizədlərə əlavə məlumat veriləcək.
Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısını təqdim edirik: