- 14 İyun 09:58
Vəkillər Kollegiyasının sədri Anar Bağırov iyulun 19-da ikinci Yüksəliş müsabiqəsinin qalibi Ramil Abulov ilə növbəti dəfə mentorluq proqramı çərçivəsində görüşüb.
E-huquq.az xəbər verir ki, görüş zamanı Ramil Abulovun 1 illik fərdi inkişaf planına nəzər salınıb, görülən işlər, onların cari vəziyyətinə dair geniş müzakirə aparılıb.
Görüşdə eyni zamanda fərdi inkişaf proqramı əsasında Vəkillər Kollegiyasının həyata keçirəcəyi tədbirlər, həmçinin R.Abulovun fərdi inkişafı üçün səmərəli ola biləcək digər layihələrə dair fikir mübadiləsi aparılıb.