"Vilayət Eyvazov son dövrlərdə vəkilliyin nüfuzunun artdığını bildirdi"


  • 20 İyul 2023 18:56

"Ötən gün Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun qəbulunda olarkən o, Vəkillər Kollegiyasının son dövrlərdə nüfuzunun artdığını, sədr Anar Bağırovun bunun üçün əzmlə çalışdığını bildirdi".

E-huquq.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov "Facebook" səhifəsində yazıb.

"Vəkil olaraq bu cümlələri eşitmək mənə qürur hissi yaşatdı. Hörmətli nazirin xüsusi diqqətini hiss etdim. Etdiyim müraciətin dərhal həll edilməsi üçün cənab nazir tərəfindən göstəriş verildi", - deyə o qeyd edib.

Oxşar xəbərlər