Vəkillər Kollegiyasının üzvü Avropa İnsan Hüquqları Məhkəməsində təcrübə keçib - FOTO


  • 1 Avqust 2023 15:27

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nurəngiz Qarayeva İnsan Hüquqları üzrə Avropa Məhkəməsində təcrübə keçib.

E-huquq.az-ın məlumatına görə, təcrübə proqramı 11-21 iyul 2023-cü il tarixlərini əhatə edib.

Proqram çərçivəsində iştirakçılar Avropa İnsan Hüquqları Məhkəməsində hüquqşünasların fəaliyyəti, ərizələrin qəbulu, işin təşkili və s. proseslərlə tanış olublar.

Həmçinin, "M.Fabrio Sanmarino dövlətinə qarşı" işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatasının iclasında iştirak ediblər.

Oxşar xəbərlər