- 14 İyun 09:58
Avqustun 10-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının "Heydər Əliyev İli" ilə əlaqədar tədbirlər planı çərçivəsində Respublika ərazisində növbəti pulsuz hüquqi yardım aksiyası keçiriləcək.
E-huquq.az xəbər verir ki, ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumları tərəfindən aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilməsi ilə əlaqədar “Açıq qapı” günü təşkil ediləcək.
Bakı şəhərində "Kredo" (Yasamal rayonu M. Müşfiq küçəsi, ev 85) və "Prospekt" (Parlament prospekti, 500-cü məhəllə, ev 4) vəkil büroları, Naxçıvan şəhərində isə (Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının inzibati binasında)"Mirzəyev və Partnyorları" Vəkil Bürosu tərəfindən hüquqi yardım göstəriləcək.
Əlaqələndirici şəxs: Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (əlaqə nömrəsi: 012 594 99 85, 050 340 09 81)