"Heydər Əliyev İli" ilə əlaqədar növbəti pulsuz hüquqi yardım aksiyaları keçirilib - FOTO


  • 11 Avqust 2023 16:11

Avqustun 10-da “Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tədbirlər planı çərçivəsində Respublika ərazisində növbəti ödənişsiz hüquqi yardım aksiyaları keçirilib.

E-huquq.az xəbər verir ki, aksiya ilə əlaqədar Bakı şəhərində “Kredo” vəkil bürosunun vəkilləri tərəfindən 18 nəfər vətəndaşa hüquqi məsləhətlər verilib, habelə müvafiq yazılı sənədlər tərtib edilib.

Tədbirlər planı çərçivəsində “Mirzəyev və partnyorları”, “Yusifbəyli və partnyorları” və 4 saylı vəkil bürosunun vəkilləri tərəfindən Naxçıvan Muxtar Respublikasına səfər edilib, orada 32 nəfər vətəndaşın ərizə və şikayətlərinə baxılıb. Eyni zamanda mülki, ailə və inzibati işlərə dair məsləhətlər verilib.

Bundan əlavə, Gəncə şəhərində Gəncə şəhəri 1 saylı vəkil bürosu tərəfindən “Açıq qapı” günü təşkil edilmiş və müraciət edən 15 nəfər vətəndaşa ödənişsiz hüquqi yardım göstərilib.

Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, torpaq mübahisələri, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.

Qeyd edək ki, “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.

Oxşar xəbərlər