"Naxçıvanda vəkillərin sayının az olması bizi narahat edir" - Anar Bağırov


  • 25 Avqust 2023 10:47

"Naxçıvanda vəkillərin sayının az olması bizi narahat edir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, son 5 ildə Azərbaycanda vəkillərin sayı artmasına baxmayaraq, Naxçıvanda azalma müşahidə edilir.

"Bu da bizi narahat edən əsas amillərdən biridir. Biz ora dəstək olmalıyıq", - deyə A.Bağırov qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər