Anar Bağırov: "Naxçıvanda vəkilliklə bağlı təbliğat işləri aparılmalıdır"


  • 25 Avqust 2023 12:17

"Naxçıvanda vəkillərin sayının artması üçün ilk növbədə vaxtaşırı olaraq imtahanlar keçirilməlidir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, vəkilliklə bağlı təbliğat işlərinin aparılmasına ehtiyac var.

"Naxçıvanda vəkilliyin nüfuzu Azərbaycanın digər əraziləri ilə müqayisədə daha aşağıdır. Orada hüquqşünaslar daha çox hüquq-mühafizə orqanlarında fəaliyət göstərmək istəyir. Ancaq indi tendensiya dəyişir. Biz gənc tələbələrlə fəal şəkildə iş aparırıq. Əminəm ki, görülən tədbirlər nəticəsində Naxçıvanda qısa müddətdə vəkillərin sayı xeyli artacaq. Vəkillik orada ən populyar hüquq peşəsi olacaq", - deyə sədr qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər