Deputat: "Azərbaycan vəkilliyi özünün qızıl dövrünü yaşayır"


  • 25 Avqust 2023 15:57

"Bu gün Azərbaycanda vəkillik peşəsi özünün qızıl dövrünü yaşayır".

E-huquq.az xəbər verir ki, bunu deputat, Mili Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan vəkilliyi şərəfli tarixi yol keçib: "İstənilən institutun fəaliyyətini qiymətləndirmək üçün həm özündən əvvəlki dövrlə müqayisə etmək, həm də cari vəziyyəti təhlil etmək lazımdır. Deyə bilərəm ki, Anar Bağırovun Vəkillər Kollegiyasına sədrliyi dövründə Azərbaycanda vəkillik peşəsi Ulu Öndər Heydər Əliyevin arzu etdiyi uğurlara imza atıb. Bu gün cənab Prezident İlham Əliyev vəkillərin ən böyük dostu, dəstəkçisidir. Cənab Prezident məhkəmə-hüquq islahatları ilə bağlı qəbul olunan bütün sənədlərdə, normativ aktlarda vəkillik təsisatının nüfuzuna xüsusi diqqətlə yanaşır. Azərbaycan vəkilliyi bu gün sərbəst və azaddır. Əgər Azərbaycan gənci vəkil olmaq istəyirsə, deməli bu peşənin nüfuzu var, gələcəyi var. Bu mənada Anar Bağırov başda olmaqla, Vəkillər Kollegiyasının Rəyasət Heyətinə xüsusi təşəkkür edirəm".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər