- 14 İyun 09:58
Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov təltif olunub.
E-huquq.az-ın məlumatına görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Vəkillər Kollegiyası ilə səmərəli əməkdaşlığa, eyni zamanda vəkilliyin inkişafına verdiyi töhfələrə görə deputatı “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edib.
B.Məhərrəmov göstərilən diqqətə görə Kollegiyanın sədrinə təşəkkür edib. O, Azərbaycan vəkilliyinin keçdiyi şərəfli tarixi yoldan bəhs edib. Son illərdə ölkəmizdə vəkillik institunun nüfuzunun artdığını, Azərbaycanda vəkillik peşəsinin özünün qızıl dövrünü yaşadığını bildirib.
Deputat bütün vəkillərə fəaliyyətlərində uğurlar arzu edib.

Şəbnəm Mehdizadə