Vəkillər Kollegiyasına yeni mətbuat katibi təyin olundu


  • 4 Sentyabr 2023 10:55

Azərbaycan Respublikası Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, tanınmış jurnalist İsmayıl Nəsibli Kollegiyanın mətbuat katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İ.Nəsibli uzun müddət media sahəsində çalışıb. Onun son iş yeri "Report" İnformasiya Agentliyi olub. Jurnalist həmin Agentlikdə redaktor vəzifəsində işləyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər