- 14 İyun 09:58
2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tədbirlər planı çərçivəsində hər ayın 10-da respublika ərazisində pulsuz hüquqi yardım askiyaları keçirilir.
E-huquq.az xəbər verir ki, sentyabr ayının 10-u bazar gününə təsadüf etməsi səbəbilə, aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilməsi ilə əlaqədar sentyabrın 8-də aşağıdakı ünvanlarda vəkil qurumları tərəfindən “Açıq qapı” günü təşkil ediləcək:
• Bakı şəhərində - Bakı şəhəri 12 saylı Vəkil Bürosu tərəfindən
• Naxçıvan şəhərində (Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının inzibati binasında) - "Kredo" Vəkil Bürosu tərəfindən
• Qusar rayonunda – Qusar rayonu Vəkil Bürosu tərəfindən
Bakı şəhəri 12 saylı Vəkil Bürosunun ünvanı: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 57A
Əlaqələndirici şəxs: Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (əlaqə nömrəsi: 012 594 99 85, 050 340 09 81)