Vəkillər Kollegiyası Hüquq və İnsan Haqları İnstitutu ilə birgə təlim keçirəcək


  • 5 Sentyabr 2023 18:22

Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin birgə əməkdaşlığı çərçivəsində təlimlərin keçirilməsi nəzərdə tutulub.

E-huquq.az xəbər verir ki, 12 sentyabr 2023-cü il tarixində Şirvan şəhərində (Məkan: Şirvan şəhəri, Şirvan Olimpiya İdman Kompleksi), 14 sentyabr 2023-cü il tarixində Lənkəran şəhərində, 26 sentyabr 2023-cü il tarixində Quba şəhərində, 28 sentyabr 2023-cü il tarixində Sumqayıt şəhərində, Vəkillər Kollegiyasının üzvləri, prokurorluq, ədliyyə qurumlarının əməkdaşları və hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə 1 yarımgünlük təlimlər keçiriləcək.

Təlimlər Hüquq və İnsan Haqları İnstitutunun ekspertləri tərəfindən baş tutacaq.

Məkanlar:
Şirvan şəhəri, Şirvan Olimpiya İdman Kompleksi
Lənkəran şəhəri, “Luxe Hotel” (Qala Xiyabanı 11)
“Quba Şahdağ Hoteli” (Yusif Qasımov küçəsi 66)
Sumqayıt Apellyasiya Məhkəməsi

Təlimdə iştirak etmək arzusunda olan vəkillər aşağıdakı keçid vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/JLZF7L2MNznveAT19

Qeyd 1: Vəkillərin iştirakı üçün ayrılmış yerlərin sayı məhduddur. Belə ki, hər təlimdə 9 vəkilin iştirakı nəzərdə tutulur.

Qeyd 2: Təlimlər yalnız həmin regionlarda fəaliyyət göstərən vəkillər üçün nəzərdə tutulub.

Əlaqələndirici şəxs: Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80).

Oxşar xəbərlər