Vəkillər Kollegiyası ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə növbəti təlimləri keçirilib - FOTO


  • 15 Sentyabr 2023 21:04

Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin birgə əməkdaşlığı çərçivəsində təlimləri davam edir.

Vəkillər Kollegiyasında e-huquq.az-a verilən məlumata görə, Cari ilin sentyabr ayının 12-də Şirvan şəhərində yerləşən Olimpiya İdman Kompleksində və sentyabr 14-də isə Lənkəran şəhəri ərazisindəki “Luxe Hotel”də Vəkillər Kollegiyasının üzvləri, prokurorluq, ədliyyə qurumlarının əməkdaşları və hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə təlimlər keçirilib.

Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi üzrə təlimlər Hüquq və İnsan haqları İnstitutunun ekspertləri tərəfindən əyani qaydada baş tutub.

Yarımgünlük təlimlərdə ümumilikdə 15 vəkil iştirak edib.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

Oxşar xəbərlər