Naxçıvan VK-nın sədri vəkillik sahəsində görülən işlərdən danışıb - FOTO


  • 22 Sentyabr 2023 14:43

Bu gün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov Naxçıvan Televizyasının qonağı olub.

E-huquq.az xəbər verir ki, "Qanunçuluq" verilişinin növbəti buraxılışında vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları haqqında geniş danışıb.

Eyni zamanda sədr çıxışında son illər ərzində vəkillik institutunun nüfuzunun cəmiyyət arasında xeyli artdığını, vəkillərə olan münasibətin müsbət mənada dəyişdiyini vurğulayıb. Vüsal Həsənov bu müsbət irəliləyişlərin əsasən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun Kollegiyanın rəhbəri seçildikdən sonra baş verdiyini və məhz onun rəhbərliyi ilə görülmüş tədbirlər nəticəsində vətəndaşların vəkillərə inamının artdığını dilə gətirib.

Qeyd edək ki, "Qanunçuluq" verilişi sentyabrın 25-də efirə gedəcək.

Oxşar xəbərlər