Vəkillər üçün təlim keçirildi - FOTO


  • 29 Sentyabr 2023 22:15

Cari ilin sentyabr ayın 27-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində və Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünaslar üçün “BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi və hesabatlılıq” mövzusu üzrə təlim keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Təlimdə təlimçi qismində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələri və yerli təlimçilər çıxış ediblər.

Bir günlük təlimdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 10 üzvü iştirak edib.

Oxşar xəbərlər