Arayik Arutyunyanın vəkilindən AÇIQLAMA


  • 4 Oktyabr 2023 10:47

"Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir".

E-huquq.az xəbər verir ki, bunu ötən gün həbs edilərək Bakıya gətirilən Arayik Arutyunyanın hüquqlarını müdafiə edəcək vəkil Alov Səfərəliyev deyib.

"Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik", - deyə vəkil bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağda erməni seperatçılarının yaratdığı qondarma rejimin keçmiş “rəhbəri” Arutyunyan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Oxşar xəbərlər