- 14 İyun 09:58
Oktyabrın 20-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünaslar üçün “BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi və hesabatlılıq” mövzusu üzrə növbəti bir günlük təlimi keçiriləcək.
E-huquq.az xəbər verir ki, təlim BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələri və yerli təlimçilər tərəfindən baş tutacaq.
Sonda təlimdə tam iştirak edən şəxslərə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı adından rəsmi sertifikatlar təqdim ediləcək.
Əlavə edək ki, tədbir Bakı şəhəri, İsmayıl Bəy Qutqaşınlı 119 ünvanında, “Mogan” hotelin Qubadlı konfrans zalında, saat 09:45-17:00-də baş tutacaq.
Təlimdə iştirak etmək arzusunda olan vəkillər 16.10.2023-cü il tarixinədək aşağıdakı keçid vasitəsi ilə qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/3RpH2dhejhg6FCeFA
Qeyd edək ki, vəkillərin iştirakı üçün ayrılmış yerlərin sayı məhduddur. Belə ki, təlimdə 12 nəfər vəkilin iştirakı nəzərdə tutulur.
Əlaqələndirici şəxs - Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanova (Tel: 012-594-99-85, 050-377-70-80)