- 14 İyun 09:58
Vəkillər Kollegiyasının (VK) Hüquqi Yardım və Tədris Mərkəzində vəkillər üçün ingilis dili kursları təşkil ediləcək.
E-huquq.az xəbər verir ki, kurslar həftədə 2 dəfə olmaqla Mərkəzdə bu sahədə təcrübəsi olan peşəkar müəllimlər tərəfindən əyani və ya onlayn qaydada keçiriləcək.
Kurslar vəkillərin ingilis dili bilik səviyyələrindən asılı olaraq, müxtəlif səviyyələr üzrə qrup halında, ödənişli şəkildə təşkil ediləcək. İlk dərslər ödənişsiz olacaq.
Hazırlıq kurslarında iştirak etmək arzusunda olan vəkillər Hüquqi Yardım və Tədris Mərkəzinin elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Əlaqələndirici şəxs – VK-nın Hüquqi Yardım və Tədris Mərkəzinin mütəxəssisi İlahə Əliyeva (Tel: 012-594-99-85, 055-342-76-77).