"Yusif Allahverdiyev və Partnyorları" Vəkil Bürosu Qəbələdə ödənişsiz hüquqi yardım aksiyası keçirdi - FOTO


  • 16 Oktyabr 2023 20:22

Oktyabrın 14-də "Heydər Əliyev ili" ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tədbirlər planı çərçivəsində "Yusif Allahverdiyev və Partnyorları" Vəkil Bürosu tərəfindən Qəbələ rayonu ərazisində ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

E-huquq.az xəbər verir ki, Qəbələ Mədəniyyət Mərkəzində büronun vəkilləri tərəfindən 40 nəfərdən artıq vətəndaşın, o cümlədən 1 şəhid ailəsi üzvünün ərizə və şikayətlərinə baxılıb. Eyni zamanda mülki, ailə və inzibati işlərə dair məsləhətlər verilib, habelə müvafiq yazılı sənədlər tərtib edilib.

Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, torpaq mübahisələri, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.

Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.

Oxşar xəbərlər