Kamran Əliyev Anar Bağırovu təltif etdi


  • 16 Oktyabr 2023 21:59

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Vəkillər Kollegiyasının sədri Anar Bağırovu "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı ilə təltif edib.

E-huquq.az xəbər verir ki, bu barədə A.Bağırov məlumat verib.

O bildirib ki, Baş Prokurorluqla Vəkillər Kollegiyası arasında səmərəli əməkdaşlıq mövcuddur: "Vəkillik və prokurorluq institutu ədalət mühakiməsinin ən mühüm institutlarındandır. Bu institutlar arasında hər zaman səmərəli əməkdaşlıq mövcud olmalıdır. Ədalət mühakiməsinin bu iki tərəfi arasındakı əməkdaşlıq yanlız və yalnız ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına xidmət göstərir. Belə ki, Baş prokuror Kamran Əliyev tərəfindən ardıcıl olaraq vəkillik təsisatına diqqət nümayiş etdirilib, məhz hörmətli cənab Baş prokurorun təşəbbüsü ilə prokurorluqla vəkilliyin dialoq platformasının yaradılmasına şərait yaradılıb".

A.Bağırovun sözlərinə görə, Kamran Əliyev Baş prokuror kimi fəaliyyətinin ilk günündən etibarən vəkilliyə diqqət göstərib: "Xüsusilə Kollegiya tərəfindən göndərilən müraciətlərə hər zaman həssaslıqla yanaşıb. Eyni zamanda ikitərəfli əməkdaşlıq çərçivəsində 2019-cu ildə Vəkillər Kollegiyası ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında anlaşma Memorandumu imzalanmışdır. Hazıra Kollegiya Baş Prokuror yanında Elmi-Məsləhət Şurasında təmsil olunur. Vəkilliyə göstərilən diqqət və qayğıya, həmçinin təltifə görə cənab Kamran Əliyevə Azərbaycan vəkil korpusu adından bir daha təşəkkür edirəm".

Oxşar xəbərlər