Vəkillər Kollegiyası Naxçıvan Dövlət Universitetinin tələbələri üçün təqaüd proqramları təsis etdi


  • 21 Oktyabr 2023 18:13

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Naxçıvan Dövlət Universitetinin təhsildə fərqlənən tələbələrinə fərdi təqaüd verəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Belə ki, Kollegiya ilə ali təhsil ocağı arasında imzalanmış Memoranduma uyğun olaraq, təhsildə fərqlənən tələblər üçün fərdi təqaüdün ayrılması məqsədilə Vəkillər Kollegiyası tərəfindən "Heydər Əliyev adına tələbə təqaüd proqramı” və "Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı” təsis edilib.

Xatırladaq ki, cari ilin mart ayında Vəkillər Kollegiyası ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Oxşar xəbərlər