Şifahi müsahibə mərhələsində uğur qazanan vəkilliyə namizədlər - SİYAHI
3 Noyabr 2023 11:13
Paylaş:
Vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə 19.09.2023-31.10.2023-cü il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib.
Vəkillər Kollegiyasından e-huquq.az-a verilən məlumata görə, şifahi müsahibə mərhələsində 65 vəkilliyə namizəd iştirak edib.
İmtahanların nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 54 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb. 29 noyabr 2023-cü il tarixində 09:00-da Ədliyyə Akademiyasında keçirilməyə başlayacaq icbari təlimlə bağlı namizədlərə əlavə məlumat veriləcək.
Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısını təqdim edirik: