Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vurmuş vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.
E-huquq.az xəbər verir ki, peşəyə buraxılan 73 nəfər vəkilliyə namizəd qanunvericiliklə nəzərdə tutulmuş qaydada vəkil andı içib, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək, vəkilliyə qəbul olan şəxslərə uğurlar arzu edib.
Qeyd edək ki, vəkil adı qazananlar sırasında “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin rəhbəri Şaiq Mirzəyev də var.
Xatırladaq ki, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 73 vəkilliyə namizəd Ədliyyə Akademiyasında bir ayadək davam edən icbari təlimdə iştirak edib.
