- 14 İyun 09:58
"Bu gün keçirilən vəkilliyə qəbul imtahanında işğaldan azad olunmuş şəhər və kəndlərimizi təmsil edən kifayət qədər namizəd iştirak edir".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
"Bu da onu deməyə əsas verir ki, işğaldan azad olunmuş ərazilərdə qurulacaq yeni vəkil bürolarında məhz həmin ərazilərdən olan hüquqşünaslar da fəaliyyət göstərəcək. Bu həmin şəhərlərdə vəkillər və vətəndaşlar arasında kommunikasiyanın qurulmasına müsbət təsir edəcək", - o qeyd edib.
Şəbnəm Mehdizadə