"Dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən məbləğin artırılması ilə bağlı təkliflər aidiyyəti qurumlara göndərilib"


  • 5 Noyabr 2023 11:44

"Bu gün dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsait reallığa uyğun deyil. Bu məbləğ mütləq artırılmalıdır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

O, Kollegiya tərəfindən məsələ ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunduğunu deyib.

"Dövlət hesabına hüquqi yardımın hər saatına görə vəkillərə ödənilən vəsait 2018-ci ildə 2 manatdan 6 manatadək artırılıb. Lakin 2018-dən bugünədək bütün sahələrdə məvaciblər və digər ödənişlər artırılıb. Təbii ki, dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsait də artırılmalıdır. Beynəlxalq standartlara görə, dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən məbləğ ağlabatan və bazar şəraitinə uyğun olmalıdır. Arzu edirəm ki, yaxın vaxtlarda bu vəsait müvafiq qaydada artırılsın. Hesab edirəm ki, bu vəkillərin motivasiyası üçün də çox vacibdir", - sədr bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər