- 14 İyun 09:58
"Görülən işlər nəticəsində 2018-ci ildən bu günə kimi ölkədə vəkillərin sayı bir neçə dəfə artaraq 2400 nəfərə çatıb".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib
O bildirib ki, Vəkillər Kollegiyası çox dinamik inkişaf edərək böyüyən bir qurumdur: "2400 vəkillə yanaşı, 300-dək vəkil köməkçisi də fəaliyət göstərir. Nəticə etibarilə vəkillik fəalliyəti ilə məşğul olan 2700 hüquqşünas bu gün Kollegiyanın sıralarına qoşulub. Bu gün Kollegiyada 3 mindən çox şəxs çalışır. Bu, çox böyük göstəricidir. Digər hüquq təsisatları arasında vəkillik say etibarilə ön sıralardadır. Təşkilatımız günü-gündən böyüyür və güclənir"
Sədr deyib ki, vəkillik təsisatına dövlət tərəfindən diqqət və qayğı göstərilir: "Vəkillik ölkəmizdə nüfuzlu peşəyə çevrilib. Vəkillik fəaliyətinə hər hansı maneə yoxdur".
Şəbnəm Mehdizadə