Məzmuna keç

Azərbaycanda vəkil intihar etdi –

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Rüfət Mahmudov intihar edib.

E-huquq.az xəbər verir ki, o, yaşadığı Qazax rayonunun Hüseynbəyli kəndində özünü asaraq həyatına son qoyub.

İntiharın səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, R.Mahmudov Qazax rayon Vəkil Bürosunun üzvü idi.