Anar Bağırov: "Vəkillər Kollegiyası mütəmadi ödənişsiz hüquqi yardım aksiyaları keçirir"


  • 6 Noyabr 2023 17:50

"Vəkillər Kollegiyası tərəfindən mütəmadi olaraq ödənişsiz hüquqi yardım aksiyaları həyata keçirilir".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, "Heydər Əliyev İli” ilə əlaqədar Kollegiyanın tədbirlər planı çərçivəsində paytaxt Bakıda və regionlarda pulsuz hüquqi yardım askiyaları davam etdirilir: "İlin sonunda bununla bağlı geniş hesabat təqdim edəcəyik. Həmin hesabatda bu istiqamətdə həyata keçirdiyimiz tədbirlər geniş şəkildə əks olunacaq. Vəkillər Kollegiyası öz işini şəffaflıq prinsipi üzərində qurub. Şəffaflıq bizim üçün ən vacib meyardır".

Sədr dövlət hesabına göstərilən hüquqi yardımla bağlı əvvəllər mövcud olan boşluqların aradan qalxdığını söyləyib: "Əvvəllər mülki işlər üzrə dövlət hesabına hüquqi yardımın göstərilməsi yalnız kassasiya instansiyasında mümkün idi. Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklə artıq birinci instansiya məhkəmələrində də aztəminatlı şəxslərə mülki işlər üzrə dövlət hesabına hüquqi yardımın göstərilməsi nəzərdə tutulub. Bu çox böyük bir irəliləyişdir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər