- 14 İyun 09:58
"Regionlarda vəkil sayının artırılması bizim üçün çox önəmli məsələdir".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin andiçmə mərasimində çıxışı zamanı deyib.
O, yeni vəkilləri regionlarda fəaliyyət göstərməyə çağırıb.
"Regionlarda vəkillərin sayı azdır. İnsanların hüquqi yardıma tələbatı var. Əmin ola bilərsiniz ki, regionlarda çalışan vəkillər Bakıda fəaliyyət göstərən vəkillərdən heç də pis təminata malik deyillər. Bəlkə də onların gəlirləri Bakıdakı vəkillərin gəlirlərindən daha yüksəkdir. Kim ki, regionlarda fəaliyyət göstərmək istəsə, biz bacardığımız dəstəyi göstərəcəyik", - deyə sədr qeyd edib.
Şəbnəm Mehdizadə