"Bizə təzyiqlər var ki, vəkillərin sayı niyə artmır?"


  • 7 Noyabr 2023 11:15

"Bizim ən böyük problemlərimizdən biri vəkillərin sayının az olması ilə bağlı olub. Amma son illər keçirilən müntəzəm imtahanlar nəticəsində vəkillərin sayı xeyli artıb".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin andiçmə mərasimində çıxışı zamanı deyib.

"Bizə çox böyük təzyiqlər var ki, Azərbaycanda vəkillərin sayı niyə artmır? Bizim cavabımız isə həmişə belə olub ki, vəkilliyə qəbulu imtahansız keçirə bilmərik. Bu, mümkün deyil. Dünyanın heç bir sivil ölkəsində vəkilliyə qəbul imtahansız keçirilmir. Vəkilin biliyi hakimdən, prokurordan, müstəntiqdən az ola bilməz. Ona görə bizim imtahanlar mürəkkəbdir. Çünki vəkillərin bilik səviyyəsi bizim üçün çox önəmlidir", - deyə A.Bağırov deyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər