"Vəkillər Kollegiyasının Akademiyası qarşısında çox mühüm vəzifələr durur" - Sədr


  • 7 Noyabr 2023 11:53

"Vəkillər Kollegiyasının Akademiyası qarşısında çox mühüm vəzifələr durur".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin andiçmə mərasimində çıxışı zamanı deyib.

Sədr Akademiyanın əsasnaməsinin təsdiqlənəcəyini söyləyib.

"Biz istəyirik ki, vəkil hazırlığı ilə bağlı tədris tamamilə yeni bir səviyyə gəlib çıxsın. Hesab edirik ki, bu istiqamətdə elmi baza gücləndirilməlidir. Vəkillərimizin öz bilik səviyyəsini artırmasını istəyirik. Ona görə də vəkil hazırlığı ilə bağlı kurslar təşkil olunacaq. Həmin kurslara mütəxəssislər dəvət olunacaq".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər