Şahmar Məmmədov: "Biz formal vəkilliyə qarşı ciddi mübarizə aparırıq"


  • 15 Noyabr 2023 18:10

Azərbaycanda vəkillərin sayı 2400 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov Hüquqi Yardım və Tədris Mərkəzində Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq elmlər doktoru, professor Lətif Hüseynovla keçirilən görüşdə deyib.

O, Vəkillər Kollegiyasının şəffaflıq prinsipi əsasında fəaliyyət göstərdiyini bildirib: "Vəkillərin reyestri yaradılıb. Hər bir vətəndaş reyestrə daxil olaraq istənilən vəkil haqda müfəssəl məlumat ala bilər. Hazırda bir sıra elektron xidmətlər üzərində iş aparılır".

Sədr müavini dövlət hesabına göstərilən hüquqi yardımla bağlı problemlərin aradan qalxdığını deyib: "Əvvəllər bu sahədə ciddi problemlər var idi. Vəkillər bəzən aylarla, hətta illərlə öz haqlarını ala bilmirdi. Lakin artıq ödənişlər şəffaf şəkildə və çevik olaraq həyata keçirilir. Biz formal vəkilliyə qarşı da ciddi mübarizə aparırıq. Ötən il bununla əlaqədar bir neçə vəkil cəzalandırılıb".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər