- 8 May 20:50
Vəkil köməkçisi vəzifəsinə qəbul test üsulu ilə həyata keçirilə bilər.
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kolegiyasının sədri Anar Bağırov Ədliyyə Akademiyasında icbari təlimə başlayan vəkilliyə namizədlərlə keçirilən görüşdə deyib.
O bildirib ki, hazırda Kollegiyada 300-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir və gələcəkdə onların da test üsulu ilə qəbul edilməsi nəzərdə tutulur.
Sədrin sözlərinə görə, məqsəd həmin şəxslərin savadının keyfiyyətli və yüksək səviyyədə olmasına maraq göstərməkdir.