Sədr: "Qadın vəkillərin sayı 20 faizə yaxınlaşıb"


  • 30 Noyabr 2023 13:29

"Son illər qadın vəkillərin sayında müsbət dinamika müşahidə edilir".

E-huquq.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Təbii ki, bu, bizə asan başa gəlməyib. Kollegiya olaraq bu istiqamətdə gərgin iş aparırıq. Məqsədimiz vəkillik sahəsində fəaliyyət göstərən qadınların sayının artmasıdır. İnsanlar bəzən mental xüsusiyətlərə görə, yaxud başqa faktorları əsas gətirib məhz qadın vəkil axtarırlar. Lakin təəssüf ki, regionlarda qadın vəkillərin sayı yox səviyəsindədir. Sevindirici haldır ki, bu tendensiya son illərdə müsbət istiqamətdə dəyişir. Qadın vəkillərin sayı 20 faizə yaxınlaşıb. Dünən vəkilliyə namizədlər üçün keçirilən icbari təlimdə bunun əyani şahidi oldum. Belə ki, ilk dəfə olaraq təlimdə iştirak edən 53 nəfər namizəddən 27-si qadın idi. Bu çox böyük uğurdur və bizi sevindirir”, - deyə sədr bildirib.

Oxşar xəbərlər