Hindistanda keçirilən beynəlxalq konfransda Azərbaycan Qadın Vəkillər Alyansı barədə məlumat verilib


  • 5 Dekabr 2023 15:21

Xəbər verdiyimiz kimi, Hindistan Ali Məhkəməsində hüquqi yardıma çatımlılıq üzrə 1-ci regional Konfrans: “Qlobal Cənubda ədalət mühakiməsinə çatımlılığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda iştirak edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova "Yuvenal ədliyyə, uşaqların və qadınların hüquqi yardıma çatımlılığı" adlı plenar iclasda çıxış edib.

E-huquq.az xəbər verir ki, D.Əfrasiyabova Qadın Vəkilləri Alyansı barədə konfrans iştirakçılarına məlumat verib. Bildirib ki, Alyansın məqsədi hüquqi yardıma ehtiyacı olan, cəza çəkən, məişət zorakılığına məruz qalan qadınlara və uşaqlara hüquqi yardım etməkdən ibarətdir.

"Qadınlarda olan ana qayğısı sayəsində uşaqlar qadın vəkillərə daha çox inanır və etibar edirlər. Azərbaycanda da yetkinlik yaşına çatmayanlar bəzi cinayətlərə görə 14, bəzi cinayətlərə görə 16 yaşından məsuliyyətə cəlb edilirlər. Qadın Vəkillər Aliyansı tez-tez həm uşaqlar üçün, həm də qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssisələrinə ziyarət edirlər və onlara hüquqi yardım göstərirlər. Hətta Azərbaycanda belə bir ənənə də vardır ki, 1 iyun uşaq günü münasibəti ilə cəza çəkən qadınlar şirniyyat məhsulları bişirərək cəza çəkən uşaqlara pay verir. Qadın Vəkillər Aliyansı tez-tez Azərbaycanın müxtəlif regionlarında Erməni terrorundan əziyyət çəkən qadınlara, şəhid ailələrinə, ailə başçılarını itirən qadınlara və uşaqlara da baş çəkərək onlara ödənişsiz hüquqi yardım göstərirlər", - deyə vəkil qeyd edib.

D.Əfrasiyabova belə bir aktual mövzunu müzakirə etdikləri üçün tədbir iştirakçılarına təşəkkür edərək, bütün tədbir iştirakçılarını Azərbaycana dəvət edib.

Oxşar xəbərlər