12 vəkilin Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət edilib


  • 14 Dekabr 2023 16:17

2023-cü il ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətində 186 intizam işinə baxılıb.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, 12 nəfər vəkilin fəaliyyəti, onların üzvlükdən azad edilməsi üçün məhkəməyə müraciət edilməsi ilə bağlı qərarlar qəbul olunub: "9 nəfər vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb. 19 vəkilə töhmət verilib və 21 vəkilə irad tutulub. Humanizm nümayiş etdirilərək 31 iş üzrə intizam tənbeh tədbiri tətbiq edilməyərək, sadəcə xəbərdarlıq edilib".

"Çox istərdik ki, gələcəkdə qanunda vəkillərin intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı meyarlar daha dəqiq göstərilsin", - deyə sədr qeyd edib.

Oxşar xəbərlər