Anar Bağırov: “Vəkilliyə göstərilən sayğı və diqqətə görə Fərhad Abdullayevə minnətdaram”


  • 18 Dekabr 2023 20:14

“Azərbaycanda məhkəmə hakimiyyəti müstəqildir. Bu institutun formalaşmasında və idarə edilməsində Vəkillər Kollegiyası bilavasitə iştirak edir. Çünki Kollegiyanın nümayəndələri həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində təmsil olunurlar. Təbii ki, vəkillərlə məhkəmələrin münasibətləri və bununla bağlı olan məsələlər bizim də diqqət mərkəzimizdədir”.

E-huquq.az xəbər verir ki, Bunu Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov “Report”a müsahibəsində bildirib.

“Qeyd etmək istərdim ki, son illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə çox səmərəli əməkdaşlıq mövcuddur. Belə ki, Konstitusiya Məhkəməsində baxılan işlər üzrə Kollegiyanın mülahizə və rəyləri nəzərə alınır, vəkillərimiz Plenumda iştirak edir. Konstitusiya Məhkəməsinin Azərbaycan vəkilliyinə göstərilən sayğı və diqqətə görə başda sədr Fərhad Abdullayev olmaqla bütün hakimlərinə minnətdarlığımı bildirəm. Eyni zamanda Kollegiya ilə Ali Məhkəmə arasında uzunmüddətli səmərəli əməkdaşlıq mövcuddur. Ali Məhkəmənin və Məhkəmə Hüquq-Şurasının sədri hörmətli İnam Kərimov vəzifəyə yeni təyin olunan kimi, Femida Dialoq Platforması çərçivəsində ilk görüşü vəkillərlə oldu. Biz bunu çox yüksək dəyərləndiririk. Həmçinin çox istərdim ki, Ali Məhkəmənin Plenumumda ittiham tərəfinin iştirak etdiyi iclaslarda müdafiə tərəfi, yəni vəkillər də iştirak etsin. Hesab edirik ki, bu, ədalət mühakiməsinin maraqları üçün bütün məhkəmə instansiyalarında istənilən mərhələdə çəkişmə prinsipi təmin edilməlidir. Bizim əsas istəyimiz vəkillə hakimin qeyri-prosessual münasibətləri olmamasıdır”, - Kollegiya sədri vurğulayıb.

Oxşar xəbərlər